Ramil Şeydayev sabah debüt edəcək?

17:34 18 Avqust 2018

Dünən “Krılya Sovetov”la müqavilə bağlayan Ramil Şeydayevin adı artıq klubun sifariş ərizəsinə salınıb.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü sabah Premyer Liqada debüt edə bilər. Rusiyalı həmkarlarımız 22 yaşlı forvardın 4-cü turda Moskva “Lokomotiv”i ilə görüşdə meydana çıxa biləcəyini yazıblar.
 

Qeyd edək ki, Şeydayev “Krılya Sovetov”la 1 illik müqavilə bağlayıb.


Digər xəbərlər

Xəbər xətti