Topaz Premyer Liqasının 2-ci turunda “Qarabağ” “Səbail”in qonağı olub. Oyun qonaqların 2:0 hsablı qələnəsi ilə başa çatıb.
Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Səbail”in baş məşqçisi Aftandil HAcıyev jurnalistlərin matç haqqındada fikirlərini bölüşüb:
“Legionerlərimiz son iki həftədir bizə qoşulub. Çatışmayan cəhətimiz odur ki, komada birlikdə çox az oynayıb. Bugünki oyun deməzdim ki, istədiyimiz tam alınmadı. “Qarabağ” kimi komandaya qarşı oyunda bir neçə qol epizodu yaxaladıq. Oyundan-oyuna hiss edirəm ki, müsbətə doğru dəyişiklik var. Sadəcə itkilərimiz var, zədəli oyunçularımmz var. Çempionatın əvvəlləridir. Təqvim də hələki bizim üçün uğursuzdu. Güclü komandalarla qarşılaşmışdıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm.”