Ayxan Abbasov: "Çempionat çox çətin keçəcək"

23:38 18 Avqust 2018

Topaz Premyer Liqasının 2-ci turunda "Zirə" “Keşlə” ilə heç-heçə edib - 2:2.

 

Sportarena.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyundan sonra baş tutan mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib:

 

“Bizim üçün çempionatın ilk oyunu idi. İlk oyunlar hər zaman ağır olur. “Keşlə” heyətində bəzi dəyişikliklər etmişdi. İlk hissədə qol imkanlarımız oldu, fərqi 3-əçatdıra bilərdik, amma alınmadı. Onu da bilirdik ki, “Keşlə” standart vəziyyətlərdə bizə çətinlik yarada bilər. Rəqib ilk qoldan sonra daha həvəsli oynadı. Qələbə qazanmaq istəsək də, alınmadı. Çempionat çox çətin keçəcək, axsamamağa çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti