Mladen Mlinkoviç: "İlk oyundan sonra futbolçulara demişdim ki..."

23:51 18 Avqust 2018

Topaz Premyer Liqasının 2-ci turunda "Keşlə" səfərdə “Zirə” ilə bərabərə qalıb.

 

Sportarena.a xəbər verir ki, Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən qonaqların baş məşqçisi Mladen Milinkoviç fikirlərini bildirib:

 

“Hər iki komanda üçün yaxşı oyun oldu. Öz komandamdan razıyam. Hesabda geridə olsaq da, oyunda dönüş yaratmağı bacardıq. İlk qol oyunun axarına təsir göstərdi. Buraxdığımız qoldan sonra topa nəzarət etməyə başladıq, amma yenə qol buraxdıq və bu, çətinlik yaratdı. Fasilədə uşaqlara dedim ki, ilk 15 dəqiqədə qol vursaq, xallar qazana bilərik. Vurduğumuz ilk qoldan sonra daha yaxşı oynamağa çalışdıq. “Zirə” yaxşı komandadı, qələbə qazanmaq üçün şansları oldu. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Deyərdim ki, komandada irəliləyiş var. İlk oyundan sonra futbolçulara demişdim ki, komanda özünə gələcək və bunun ilk hissəsini bu gün gördük. Bu gün qazanılan xal bizim üçün çox önəmli idi”.


Digər xəbərlər

Xəbər xətti