Maksim Medvedev: "Rəşad insandır, robot deyil axı"

10:16 19 Avqust 2018

Dünən Topaz Premyer Liqasında 2-ci tura start verilib. Turun açılış matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edib və qonaqlar meydandan qalib ayrılıb (0-2).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:

 

- Çempionata qələbə ilə başladıq. Hamımız baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və bizə lazım olan xalı əldə etdik. Ümid edirəm ki, bundan sonra da sükanı belə saxlayarıq.

 

- BATE-yə məğlub olduqdan sonra bu oyuna köklənmək çətin oldumu?

- Əlbəttə, psixoloji cəhətdən yorulduq. Elə buna görə də, Qurban müəllim BATE ilə qarşılaşan futbolçuların əksəriyyətini bu gün meydana buraxmamışdı.

 

- Ötən mövsüm, Çempionlar liqasında “Şerif” komandasına qalib gəlmişdiniz. Bu il isə, Avropa liqasının pley-off mərhələsində qarşılaşacaqsınız. Tarix təkrar oluna bilərmi?

- “Şerif”ə qarşı əldə etdiyimiz qələbə asan başa gəlmədi. Əziyyət çəkdik və bəhrəsini gördük. Bu il də çalışacağıq və hər hansısa rahatlığın bizi arxayın salmasına icazə verməyəcəyik.

 

- Rəşad Sadıqova qarşı başladılan kompaniyadan yəqin ki, xəbərin var. Bu haqda sən nə deyə bilərsən?

- Hamımızın səhvi olur. Bizim səhvimiz olanda kapitan bunu kompensasiya edə bilirdi, lakin ötən oyunda biz onun səhvini ört-basdır edə bilmədik. Buna görə də, səhv bütün komandanındır. Rəşad da insandır, robot deyil axı. Hər zaman mükəmməl olmaq olmaz.


Digər xəbərlər

Xəbər xətti