"Neftçi" "Qəbələ"yə qalib gəldi, "Sumqayıt" "Sabah"ı darmadağın etdi - YENİLƏNİB

22:41 19 Avqust 2018

Topaz Premyer Liqasında 2-ci turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün turun daha 2 oyunu keçiriləcək.

 

Günün ilk qarşılaşmasında Premyer Liqanın debütantı "Sabah" ilk evə matçında "Sumqayıt"ı qəbul edəcək. Turun son oyunu "Dalğa Arena"da keçirləcək. Mərdəkan qəsəbəsində baş tutacaq "Neftçi" və "Qəbələ" komandaları arasındakı oyuna maraq isə daha çox olacaq. Bu oyun turun mərkəzi qarşılaşması sayılır.

 

Dünən isə 2 oyun keçirilib. "Qarabağ" səfərdə "Səbail"i məğlub edib - 2:0. "Zirə" isə "Keşlə" ilə heç-heçə edib.

 

 

Azərbaycan Premyer Liqası, 2-ci tur

19 avqust

18:30 Neftçi - Qəbələ 2:1

Qol: Dabo, 36. Dario Federiko, 48 - Rauf Əliyev, 86.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev 
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. “Dalğa Arena”

 

20:30 Sabah - Sumqayıt 1:4

Qol: Marko Deviç, 10 - Nicat Qurbanov, 18. Elvin Məmmədov, 33-pen. Şəhriyar Əliyev, 43. Ülvi İsgəndərov, 84.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhəmədov
Hakim-inspektor: Şahin Cəfərov 
Masazır. “Əlincə Arena”

 

18 avqust

18:30 Səbail - Qarabağ 0:2

Qollar: Mahir Mədətov, 27; 87.

 

20:30 Zirə - Keşlə 2:2

Qollar: Mirsahib Abbasov, 2. Pərdis Fərcad-Azad, 36 - Slavik Alxasov, 53. Andre Klennon, 90+1.


Digər xəbərlər

Xəbər xətti