Renat Dadaşov hamını təəccübləndirdi - Həm qol vurdu, həm də meydandan qovuldu

11:13 19 Avqust 2018

Futbol üzrə Portuqaliya Sequndasında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Braqa”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Dadaşov da bu oyunun iştrakçısı olub. O, fasilədən dərhal sonra - 46-cı dəqiqədə meydana daxil olub. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. O, 57-ci dəqiqədə fərqlənib. Lakin 90+2-ci dəqiqədə Dadaşov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.


Digər xəbərlər

Xəbər xətti