Nazarovun komandasından kuboka erkən vida

Sportarena.az      19 Avqust 2018, 15:31

Futbol üzrə Almaniya kubokunda yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də ilk təsnifat mərhələsindən mübarizəyə qoşulub. Sözügedən klub doğma meydanda “Maynts”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3. Nəticədə, Aue klubu kubokda mübarizəni elə startdaca dayandırmalı olub.

 

Nazarov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin