Elşad Əhmədov: "İlk turdakı qələbə futbolçularımın eyforiyaya qapılmasına səbəb olub"

Sportarena.az      19 Avqust 2018, 23:16

Topaz Premyer Liqasının 2-ci turunun son oyunu çərçivəsində “Sabah” - “Sumqayıt” matçından sonra (1:4) ev sahiblərinin baş məşqçisi Elşad Əhmədov mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, görüşlə bağlı fikirlərini bölüşüb: 

 

“Oyuna zəif başladıq. Bilirdim ki, “Sumqayıt” güclü komandadı, bu gün bunun şahidi olduq. Müdafiədə çox boşluqlar buraxdıq. Çatışmayan cəhətlər üzərində işləməliyik. Rəqibin təzyiqi güclü idi deyə qısa ötürmələrlə də irəli çıxa bilmirdik. İnanmıram ki, ilk turdakı qələbə futbolçularımın eyforiyaya qapılmasına səbəb olub. Zəif oynadıq və bu məğlubiyyət hamımıza pis təsir etdi".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin