Təmkin Xəlilzadə: “55-ci dəqiqədən sonra meydanda "Neftçi"ni görmədim”

Sportarena.az      20 Avqust 2018, 01:05

Topaz Premyer Liqada 2-ci turunun “Neftçi” – “Qəbələ” (2-1) matçından sonra qonaqların futbolçusu Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü öncə görüşlə bağlı fikirlərini bölüşüb:

 

- Turun mərkəzi qarşılaşması olduğu üçün çətin olacağını bilirdik. Oyuna yaxşı hazırlaşmışdıq, həm də yaxşı başlamışdıq. Lakin səhvlərimiz ciddi olduğuna görə, məğlub olduq. Mən, 55-ci dəqiqədən sonra meydanda rəqib görmədim, sadəcə biz oynayırdıq. Nəzərə alaq ki, bəxt də öz sözünü deyir. Ümid edirəm ki, növbəti oyunlarda səhvlərimizi kompensasiya edəcəyik.

 

- Baqoli Daboya qarşı oynarkən nə hisslər keçirdin?

- Dabo ötən mövsümün bombardiri olub. Bilirdik ki, onu keçmək asan olmayacaq. Rəqibik, öz yerində. Lakin, Dabo Azərbaycanın indiyə qədərki ən yaxşı legionerlərindəndir.

 

- Sanki müdafiəçilər ona qarşı aqressiv idi...

- Bizim heç bir komandaya, futbolçuya qarşı ayrı seçkiliyimiz yoxdur. Bütün komandalara qarşı və futbolçulara eyni şəkildə hazırlaşırıq. Bundan sonra daha aqressiv "Qəbələ" görəcəksiz.

 

- Cərimə zərbələri zamanı ötürmə əvəzinə, qapıya zərbələrə üstünlük verirdiz. Bu, məşqçinin tapşırığı idi, yoxsa özünüzün qərarı?

- Məşqçinin də tapşırıqları əsasdır. Lakin elə vəziyyət olur ki, qərarı biz veririk.

 

- “Neftçi”nin uzunboylu müdafiəçiləri də sizə mane olduğuna görə daha cərimələrdən ötürmə etmirdiz?

- Bizdə də uzunboylu futbolçular var. Biz indi səhvlərimiz barədə konkret söz deyə bilmərik. Hər kəs oyuna bir də baxacaq, səhvləri görəcək və o səhvi aradan qaldırmağa çalışacağıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin