Ramil Şeydayev: "Mən oyunçuyam, belə şeylərə baş qoşacam?"

Sportarena.az      20 Avqust 2018, 13:54

Millimizin üzvü və "Krılya Sovetov"un yeni transferi Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda "Lokomotiv"lə matçda debüt oyununa çıxdı.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra 22 yaşlı forvard "Rusfootball"a müsahibə verib. O, yeni komandasında hər şeyin əla olduğunu deyib:

 

- Hər şey əladır. Bir həftədir ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram.

 

- Şayiələr gəzirdi ki, sən Avstriyaya "Mattersburq" klubu ilə müqavilə imzalamağa getmisən. Bunlar nə dərəcə doğrudur?

- Xeyr, belə şey yoxdur. Bu, sadəcə, şayiədir. Orada oynayacağımla bağlı müsahibə verməmişəm. Mən ora getmək istəmədim.

 

- Səni burada Rusiya, yoxsa Azərbaycan vətəndaşlığı kimi oynadırlar?

- Mən bilmirəm. Klub rəhbərliyindən soruşun. Mən oyunçuyam, belə şeylərə baş qoşacam?

 

- 81-ci dəqiqədə oyuna daxil olaraq, yeni komandada debüt etdin.

- Bəli, bu, yaxşı hal oldu. Amma təəssüf ki, uduzduq. Yaxşı mübarizə apardıq, amma bunu hesabda əks etdirmək lazım idi. İnşallah, növbəti oyunlarda yaxşı olar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin