Mahir Mədətovdan ilk dubl və iki yubiley

Sportarena.az      20 Avqust 2018, 14:28

Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk dublu gerçəkləşib. 

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Mahir Mədətov “Səbail”lə qarşılaşmada vurduğu iki qolla komandasına 2:0 hesablı qələbə qazandırıb. İlk turda dubl qeydə alınmadığından, Mahir mövsümün ilkinin müəllifi olub.

 

Onun 2-ci topu iki yubileylə də əlamətdar olub. Mədətov “Qarabağ”ın heyətində 25-ci dəfə rəqib qapısına yol tapıb. O, Ağdam klubunun tarixində 25 və daha çox qol vuran 21-ci futbolçu olub. Matçda hesabı açmaqla hərəyə 24 qol vuran Dino Ndlovu və Dmitri Kudinova çatan Mahir, oyunun sonlarında fərqlənməklə onları arxada qoymağı da bacarıb.

 

21 yaşlı futbolçu həm də Premyer Liqada 20-ci qoluna sevinib. Bu topların hamısını “Qarabağ”da vuran hücumçu, digər 5 qoldan 4-nü ölkə kuboku, 1-ni avrokuboklarda qeyd edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin