"Şerif" - "Qarabağ" matçı Azərbaycanda yayımlanacaq? - AÇIQLAMA

Sportarena.az      20 Avqust 2018, 16:57

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın "Şerif"lə qarşılaşacağı barədə məlumatlısız. Tərəflər arasında ilk oyun avqustun 23-də Moldovada, cavab görüşü isə 1 həftə sonra - avqustun 30-da Bakıda olacaq.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər və futbol ictimaiyyəti üçün maraq doğuran məqam Ağdam klubun səfər oyununun yayım məsələsidi. Ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu komandalar üz-üzə gəlmişdi. Bakıda 0:0 hesabı ilə bitən ilk oyundan fərqli olaraq tarixi cavab matçını - "Qarabağ"ı ÇL-in pley-off mərhələsinə daşıyan 2:1 hesablı qələbəni Azərbaycan demək olar ki, az sayda insan izləyə bilməmişdi. Alternativ variant kimi baxılan internet yayımı isə hər kəs üçün əlçatan deyildi.

 

Bəs bu dəfə necə olacaq? Ölkəmizdə Çempionlar Liqasının və Avropa Liqasının rəsmi yayımçısı olan "CBC Sport" görüşü təqdim edəcəkmi? "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

 

"Çemmpionlar Liqasının pley-off mərhələsindən fərqli olaraq Avropa Liqasının bu mərhələsində yayım hüququ ümumi paketə daxil deyil. Yəni, yayım hüququ klublara məxsusdu. "Şerif"lə oyunla bağlı isə bizə hər hansı müraciət daxil olmayıb. "Şerif"lə ev və səfər matçlarımızın hansı kanalda yayımlanacağı isə hələ dəqiqləşməyib. Bildiyimiz qədəri ilə hazırda "CBC Sport" qarşı tərəflə danışıqlar aparır".

 

Qeyd edək ki, ötən il baş tutan "Şerif" - "Qarabağ" matçının yayım hüququ Moldovanın TSV kanalına məxsus idi. Sözügedən teleşirkət həmin matçı yayımlamaq üçün kanallarımızdan və "Qarabağ"dan həddindən artıq yüksək məbləğə tələb etmişdi. Diqqət çəkən məqam odu ki, eyni halla yenidən üzləşə bilərik. Belə ki, Moldova mətbuatının yaydığı məlumata görə, avqustun 23-də keçiriləcək "Şerif" - "Qarabağ" matçının yayım hüququ yenə TSV kanalına məxsusdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin