Azərbaycan - Kosovo matçının biletləri satışda

11:16 21 Avqust 2018

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan - Kosovo oyununun biletləri satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan - Malta (14 oktyabr) və Azərbaycan - Farer adaları (17 noyabr) oyunlarının biletinə 50 faiz endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir (endirim Sky Box biletlərə şamil olunmur).

 

Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda start götürəcək.

 

Biletlərin qiymətləri belədir:

1-ci kateqoriya - 5 AZN
2-ci kateqoriya - 3 AZN
3-cü kateqoriya - 2 AZN
VIP - 10 AZN


Digər xəbərlər

Xəbər xətti