"Fənərbaxça" ulduz futbolçusunu satdı

11:33 21 Avqust 2018

Türkiyənin “Fənərbaxça” klubu Juliano ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” klubuna transfer olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu ərəblərlə 3 illik müqaviləyə imza atıb. Ərəbistan təmsilçisi Türkiyə klubuna 10 milyon avro təzminat ödəyib.

 

Juliano “Fənərbaxça”ya ötən yay Rusiyanın “Zenit” klubundan 7 milyon avroya transfer edilmişdi. O, Türkiyə klubunda 41 oyuna çıxıb, 16 qol vurub, 6 qol ötürməsi ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti