"Neftçi" "Qarabağ"la oyunun hazırlıqlarına başladı

14:13 21 Avqust 2018

"Neftçi” Azərbaycan Premyer Liqasının 3-cü turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ” ilə matçdan (2:1) sonra bir günlük fasiləyə buraxılan “ağ-qaralar” bu gün klubun bazasında məşq edib. Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyiblər. Müalicəsini başa vuran Rəşad Eyubov və "Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov isə komandadan ayrı məşq ediblər.

 

Avqustun 26-da "Azərsun Arena”da keçirəcək "Qarabağ” - "Neftçi” oyunu saat 20:30-da başlayacaq.


Xəbər xətti