"Neftçi" axtardığını "Jalqiris"də tapdı

14:45 21 Avqust 2018

«Uypeşt»lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında zədələnən Ruslan Abışovu "Neftçi"də kimin əvəzləyəcəyi dəqiqləşmək üzrədi.

 

Sportarena.az xəbər verir ki, minimum 4-5 ay yaşıl sahələrə ayaq basmayacaq kapitana bir nömrəli alternativ Mamadu Pape Mbodjdu.

 

25 yaşlı seneqallı yerli «Dakar»ın yetirməsidi.  2014-cü ildə Serbiyaya gələn afrikalı «Srvena Zvezda» ilə müqavilə bağlayıb. Belqrad klubunda 2 oyuna çıxan Mbodj sezonun ikinci dövrəsində "Napredak Kresavaç"a icarəyə verilib. Daha sonra "Red Star"a göndərilib, 2016-cı ildə isə burdan birdəfəlik ayrılıb. "Jalqiris"lə müqavilə bağlayan legioner artıq 3 ilə yaxındı ki, Litvada çıxış edir.

 

O, Seneqalın 20 və 23 yaşlılardan ibarət mili komandalarına dəvət alıb. Bir müddət əsas yığmaya da namizəd göstərilib,

 

Onun "Jalqiris"lə müqaviləsi hələ bitməyib, lakin klub rəhbərliyinə müraciət eləyərək, "Neftçi"yə getməsinə şərait yaradılmasını istəyib. Azərbaycandan gələn təklifi dəyərləndirmək fikrində qətiyyətli olan seneqallı heç bir halda Litvada qalmayacağını "Jalqris" yönətiminin diqqətinə çatdırıb. (Sportinfo)


Digər xəbərlər

Xəbər xətti