"Real"ın 95 milyonluq təklifi rədd edildi

16:39 21 Avqust 2018

"Latsio" böyük klubların transfer hədəfinə çevirilmiş Sergey Milinkoviç-Saviç üçün gələn daha bir təklifi rədd edib.

 

Sportarena.az xəbər verir ki, İtaliya klubu "Real"ın təklifinə yox cavabı verib. Məlumata görə, "Kral Klubu" 23 yaşlı yarımmüdafiəçi üçün 95 milyon avro təklif edib. Lakin "Latsio" 120 milyon istəyərək təklifi rədd edib.


Qeyd edək ki, Sergey Milinkoviç-Saviçi uzun müddətdi "Mançester Yunayted" və "Çelsi" də istəyir.


Xəbər xətti