Ramil Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? - AÇIQLAMA

18:14 21 Avqust 2018

"Krılya Sovetov" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin sözü gedən ölkənim Peşəkar Futbol Liqasına məxsus Premyer Liqanın rəsmi saytında bu ölkənin vətəndaşı kimi göstərilməsinə aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, Samara təmsilçisinin Mətbuat xidməti bildirib ki, bu addım 22 yaşlı hücumçuya işçi vizası almamaq üçün atılıb:

 

"Onun iki vətəndaşlığı var: Rusiya və Azərbaycan. O, Rusiya vətəndaşı kimi sifariş olunur. Çünki belə olan halda, qanunla iş üçün icazə almağa gərək yoxdur. Bu səbəbdən, Premyer Liqanın rəsmi saytında Rusiya vətəndaşı kimi göstərilib. Ancaq futbol qaydalarına görə, o, legioner sayılır. Çünki başqa ölkənin yığmasında çıxış edən oyunçu Rusiya millisinin formasını geyinə bilməz. Bu hüququ olmayanlar isə legioner hesab olunur".

 

Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev avqustun 9-da Türkiyə təmsilçisi "Trabzonspor"la müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Avqustun 17-də "Krılya Sovetov"la 1 illik müqavilə bağlayan forvard Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarına çıxış edib. Lakin əsas yığma seçimini Azərbaycanın lehinə edib. (report)


Xəbər xətti