"Qarabağ" Moldovaya getdi

01:10 22 Avqust 2018

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Moldovaya yola düşüb.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Şerif”lə qarşılaşacaq Ağdam klubu Bakı-Kişinyov reysiylə səfərə çıxıb.

 

Təmsilçimizin ilk oyundan öncə keçiriləcək mətbuat konfransının və son məşqlərin vaxtları da məlum olub. "Qarabağ"ın baş məşqisi Qurban Qurbanov isə "Şerif" stadionunun mətbuat üçün böyük zalında jurnalistlərlə görüşəcək. Mətbuat konfransı Bakı vaxtilə saat 19:40-da başlayacaq. Bundan 20 dəqiqə sonra isə həmin arenada Ağdam təmsilçisinin son məşqi start götürəcək. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu avqustun 23-də "Şerif" stadionunda keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti