Şəhriyar Məmmədyarov erməni ilə heç-heçə etdi

10:12 22 Avqust 2018

ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin 4-cü turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb. 4 turdan sonra Şəhriyarla yanaşı, Qrişuk və Aronyanın da aktivində 2,5 xal var.

 

10 şahmatçının yarışdığı "Sinquefield Cup"ın qalibi 75 min dollar qazanacaq.


Xəbər xətti