"Mançester Siti"nin qapıçısı tarixə düşdü

11:52 22 Avqust 2018

Braziliyalı qapıçı Ederson İngiltərənin “Mançester Siti” klubunun tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, bu komandanın heyətində İngiltərə Premyer Liqasında qol ötürməsi edən ilk qapıçı kimi tarixə düşüb. Belə ki, 2-ci tur çərçivəsində keçirilən “Haddersfild”lə ev oyununun 25-ci dəqiqəsində məhz Edersonun ötürməsindən sonra Serxio Aquero hesabı açıb. İndiyə qədər MS-nin heç bir qapıçısı məhsuldar ötürmə müəllifi ola bilməmişdi.

 

MS bu oyunda “Haddersfild”ə 6:1 hesabıyla qalib gəlib.


Xəbər xətti