“Qarabağ” - “Şerif” matçının biletləri satışda

14:15 22 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Şerif” (Moldova) matçının biletləri artıq satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq, 1, 2, 3, 5 və10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatadır. Biletlər "Qarabağ"ın "Park Bulvar"dakı fan-şopunda, Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, "28 Mall"-da və onlayn olaraq “iTicket.az” saytı vasitəsilə satılır. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - "Şerif" matçı saat 21:00-da start götürəcək. İlk oyun isə avqustun 23-də Tiraspoldakı "Şerif" idman kompleksinin stadionunda olacaq.


Digər xəbərlər

Xəbər xətti