Mateo Suşiç: "Qarabağ" necə güclü komanda olduğunu ötən il göstərdi"

23:17 22 Avqust 2018

Moldova çempionu “Şerif”in kapitanı Mateo Suşiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:

 

“Qarabağ” keyfiyyətli rəqibdi. Ötən mövsüm onlarla oynamışıq. "Qarabağ" necə güclü komanda olduğunu ötən il göstərdi. Bilirik ki, sabah da bizi çətin matç gözləyir. Ancaq yaxşı şansımız var. Artıq iki ildi Avropa Liqasının qrupunda çıxış edirik və nə etməli olduğumuzu bilirik”.


Digər xəbərlər

Xəbər xətti