Millimizin üzvü Rusiya klubunda

10:31 23 Avqust 2018

Azərbaycan milli komandasının üzvü Tyaqo Teles Bolinya karyerasını Rusiyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, o, “Norilsk Nikel” klubu ilə anlaşıb. Son iki mövsümü “Araz”da keçirən hücumçu yeni klubu ilə bir illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. O, son iki mövsümdə həm də “Araz”ın formasını geyinib. Hücumçu 2017/18 mövsümündə 34 qol vurub və Yüksək Liqanın bombardiri olub.

 

Mayda “Araz”la anlaşması başa çatan futzalçı klubun strategiyasını dəyişdiyini elan etdikdən sonra Rusiya təmsilçisinin təklifini dəyərləndirib.


Digər xəbərlər

Xəbər xətti