Moldova millisinin üzvü yenidən “Səbail”də

11:35 23 Avqust 2018

Ötən mövsümün ikinci yarısını icarə əsasında “Səbail”də keçirmiş Yevgeni Koçuk yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcəyi dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, Slovakiyanın “Jilina” klubu ilə müqaviləsini pozan 25 yaşlı futbolçu azad agent statusunda “Səbail”ə qoşulub. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

 

Onun yendən bu komandaya qayıtdığı diqqətə çatdırılıb və fotosu yayımlanıb. Lakin tərəflər arasında neçə illik müqavilə imzalandığı bildirilmir.

 

2017/18 mövsümünün ikinci yarısında “Səbail”də çıxış etmiş Koçuk Moldova millisinin də üzvüdü. O, Moldova yığmasında 10 oyun keçirib.


Xəbər xətti