Ulduz futbolçu "Barselona"dan ayrılacaq

17:56 23 Avqust 2018

"Barselona"da əsas heyətə düşməyi bacarmayan Tomas Vermalen komandadan ayrılmaqla bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Belçika millisinin üzvü agentinə klub tapmasıyla bağlı söhbət edib.

 

"Barselona" 2019-cu ilə qədər müqaviləsi olan 32 yaşlı müdafiəçinin ayrılıq qərarına qarşı çıxmır. 

 

Qeyd edək ki, Vermalen 2014-cü ildə "Arsenal"dan "Barselona"ya keçib.


Xəbər xətti