Almeyda kənardan izlədi, "Astana" uduzdu

23:14 23 Avqust 2018

Azərbaycan çempionu “Qarabağ” kimi, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran və Avroliqaya düşən Qazaxıstanın “Astana” klubu da bu gün sözügedən turnirdə ilk matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi sözügedən klub səfərdə Kiprin APOEL komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Millimizin üzvü bu görüşün iştirakçısı olmayıb. Almeyda sonadək ehtiyatda qalıb.

 

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Astanada keçiriləcək.


Xəbər xətti