Qurban Qurbanov: "Qrup mərhələsi üçün şanslarımız qalır"

00:10 24 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində səfərdə "Şerif"ə 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyəti belə şərh edib:

 

"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti