"Barselona" Valverde ilə müqavilə yeniləyir

13:31 24 Avqust 2018

“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Ernesto Valverdenin işindən razıdır.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi 54 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirmək istəyir. Rəhbərliyin sentyabr ayının sonu və ya oktyabrın əvvələrində təcrübəli çalışdırıcı ilə müqavilə müddətinin uzadılması barədə danışıqlara başlayacağı bildirilir. Valverdenin hazırkı sözləşməsi 2019-cu ilin yayına qədərdir.

 

Qeyd edək ki, ispan məşqçi “Barselona”ya ötən yay “Atletik”dən gəlib. Kataloniyalılar onun başçılığı altında La Liqa, İspaniya Kral kuboku və Superkuboku qazanıblar.


Digər xəbərlər

Xəbər xətti