Səfir İlham Əliyevə Halldorsson haqqında danışdı

14:50 24 Avqust 2018

"Hannes Tur Halldorssonun "Qarabağ” klubuna keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq yaradıb". 

 

Sportarena.az xəbər verir ki, bunu İslandiya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berqlind Asqeyrsdottir etimadnaməsini qəbul edən Prezident İlham Əliyevlə söhbətində bildirib. Xanım diplomat Halldorssonun dünya çempionatında məşhurlaşdığını da qeyd edib.

 

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə görüşdə Lionel Messinin vurduğu penaltini qaytaran 34 yaşlı qolkiper "Qarabağ"la ötən ay müqavilə bağlayıb. (Azərtac)


Digər xəbərlər

Xəbər xətti