"Neftçi"nin daha bir zədəlisi sağaldı

10:48 25 Avqust 2018

“Neftçi” Topaz Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, sözügedən komanda dünən doğma bazasında növbəti məşqə çıxıb. Məşqdə Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Müalicəsini başa vuran Soni Mustivar da komanda ilə birlikdə hazırlaşıb. Hazırlığa bu gün keçiriləcək oyunöncəsi son məşqlə yekun vurulacaq.

 

Xatırladaq ki, avqustun 26-da "Azərsun Arena”da keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti