“Qarabağ” - “Şerif” oyununun biletləri Sumqayıtda satışda

12:20 25 Avqust 2018

 

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəyi cavab oyununun bilet satışı Bakı şəhərinin 3 nöqtəsində davam edir.

 

Sportarena.az xəbər verir ki, Sumqayıt şəhərində yaşayan “Qarabağ” azarkeşlərinin çoxluğunu nəzərə alan Ağdam klubu bu gün saat 19:00-dan etibarən Sumqayıt şəhərində yerləşən "Bazarstore-1"də bilet satışına start verib.

 

Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar) və 28 Mall ticarət mərkəzində həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.

 

“Qarabağ” - “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyun rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti