Şəhriyar zirvəni əldən verdi

16:26 25 Avqust 2018

 

ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild turnirinin 6-cı turu oynanılıb.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu turda fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb.

 

Amerikalı şahmatçı Fabiano Karuana Sergey Karyakinə qalib gəldiyindən dörd xalla vahid liderə çevrilib. Şəhriyar isə 2-ci yerə enib. O, Aleksandr Qrişuk, Maqnus Karlsen və Levon Aronyanla bərabər 3,5 xalla eyni pilləni bölüşür.

 

Məmmədyarov 7-ci turda yaxın dostu olan, autsayder Sergey Karyakinlə qarşılaşacaq.

 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.


Xəbər xətti