Elşad Əhmədov: "İlk qoldan sonra daha da həvəsləndik və rahat oynadıq"

23:12 25 Avqust 2018

Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Sabah” “Zirə” ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Spotarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Elşad Əhmədov jurnaistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda fikrilərini bildirib:

 

- İkinci turda zəif oynamışdıq, acı məğlubiyət dadmışdıq. Futbolçularla söhbətimiz oldu, səhvlərimizə baxdıq. İlk hissədə yaxşı oynadıq. Futbolçular həvəsli idilər. İlk qoldan sonra daha da həvəsləndik və rahat oynadıq. Ancaq ikinci hissə elə də rahat oynamadıq. Rəqib təzyiqi artırdı. O da başa düşüləndir. Yeni komandayıq. Rəqibə uğurlar arzulayırıq.

 

- Birinci hissədəki oyunu iknic hissədə görə bilmədik…
- Yeni komandayıq. Çatışmayan cəhətlərimiz oldu, onun üzərində çalışacağıq

 

- Cavidin zədəsi ciddirmi?
- Tam bilmirəm, sabah dəqiq bilinəcək

 

- Deviçi əvəz edə biləcək, oyunçunuz yoxdu…
- Hücumçumuz var, ola bilsin onun səviyyəsində yoxdu. Transfer etməyi düşünmürük. Yerli futbolçulara güvənirik

 

- Cavidin bəzi epizodlarında səhvlər var idi. 
- İdeal formadan uzaqdı. O, bizim komandaya gec qoşuldu. Türkiyədən qayıtdıqdan sonra zədələndi. Onun tam bərpası üçün vaxt lazımdı

 

- Çempionatdaki fasilə sizə necə təsir edəcək?
- Komandaya gec qoşulan oyunçular çoxdu. Fasilə bizim üçün xeyirli olacaq. Çatışmayan cəhətlərimiz var, onların üzərində işləyəcəyik. Bundan başqa yoldaşlıq görüşləri də olacaq


Xəbər xətti