“Neftçi” “Qarabağ”la oyuna hazırdı

00:53 26 Avqust 2018

“Neftçi” Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyuna hazırlığını başa vurub.

 

Sportarena.az xəbər verir ki, komanda son məşqini də öz bazasında həyata keçirib. Hazırlıq prosesində yalnız zədəli Ruslan Abışov iştirak etməyib.

 

Xatırladaq ki, Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində avqustun 26-da "Azərsun Arena”da keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.


Xəbər xətti