Ramin Quliyev qələbəni şərh etdi

01:17 26 Avqust 2018

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində Qırğızıstan üzərində qazandıqları 3:0 hesablı qələbəni şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:

 

“Turnirdə ilk oyunumuzu keçirdik. Bildiyiniz kimi, əsasnaməyə görə ardıcıl iki gün oynamalıyıq. Bu baxımdan ilk oyunda qalib gəlmək önəmli idi. Komanda oyuna yaxşı hazırlaşmışdı. Uşaqlar ilk dəqiqələrdən əzmkar və istəkli oyun nümayiş etdirdilər. Xeyli qol imkanları yaratdıq. Nəticədə qalib gəlməyi bacardıq. Sabah bizi ev sahibi olan Qazaxıstan yığması ilə ağır oyun gözləyir. Rəqibin müsbət və zəif cəhətlərini təhlil etmişik. Çalışacağıq bu qarşılasmada da yaxşı oyun göstərib əlverişli nəticə əldə edək”.


Xəbər xətti