"Qarabağ" - "Neftçi" matçında "sülh", "Səbail" qalib gəldi - YENİLƏNİB

22:26 26 Avqust 2018

Topaz Premyer Liqasında 3-cü turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq. Öncə “Keşlə” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. 3-cü turun qapanış matçında isə son çempion “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq.

 

İlk oyun günündə iki görüş baş tutub. Öncə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Günün digər matçında isə iki paytaxt klubu - “Zirə” ilə “Sabah” qarşılaşıb. Elitanın debütantı bu qarşılaşmada inamlı qələbəyə sevinib.

 

Topaz Premyer Liqası, 3-cü tur

26 avqust

18:00 Keşlə - Səbail 1:2

Qol: Nikola Mitroviç, 76-pen - Kevin Kubemba, 31; 49.
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Kərim Ağayev 
Bakı. “ASK Arena”

 

20:30 Qarabağ - Neftçi 1:1

Qol: İnnosent Emeqara, 70 - Kvame Karikari, 28.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı. “Azersun Arena”

 

25 avqust

18:00 Qəbələ - Sumqayıt 1:1

Qol: Təmkin Xəlilzadə, 42 - Yusif Nəbiyev, 90+2.

 

20:30 Zirə - Sabah 0:2

Qol: Marko Deviç, 2; 30.


Xəbər xətti