"Neftçi"ylə oyunda stadionda ol, "Şerif"lə matça bilet al!

16:09 26 Avqust 2018

"Qarabağ" Azərbaycan Premyer Liqasının 3-cü turunda bu gün "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, oyuna gələcək azarkeşlər “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Şerif"lə qarşılaşmaya məhz "Azərsun Arena"da biletlərini ala biləcəklər. "Azərsun Arena"nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.

 

“Qarabağ” - “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Təmsilçimiz Moldovada keçirilmiş ilk oyunda 0:1 hesabıyla məğlub olub.

 

"Qarabağ" - "Neftçi" görüşü isə saat 20:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti