Aftandil Hacıyev: “Gərgin oyunun olacağını gözləyirdik"

02:08 27 Avqust 2018

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

 

“Gərgin oyunun olacağını gözləyirdik. Çünki rəqibun 1 xalı vardı, bizdə isə ümumiyyətlə, xal yox idi. Bu da hər iki komandanı motivasiya edirdi. Futbolçularımıza təşəkkür edirəm. Oyuna yaxşı kökləndilər. Çatışmazlıqlarımızı təhlil edərək aradan qaldırmağa çalışdıq. Yuxarı yerlərə çıxmaq istəyiriksə, həmişə belə hazırlaşmalıyıq. Zəif rəqib olmadığından, ciddi hazırlaşmaq lazımdı. Fasilədə hazırlşamağa vaxtımız olacaq. Düşünmürəm ki, milli komandaların oyunları ilə əlaqədar verilən ara ilk qələbəsini qazanan komandamızı tonusdan salacaq. Bir qədər üzərimizdə təzyiq vardı ki, sonuncu pillədəyik. İndi düşünürəm ki, futbolçular daha istəkli olacaqlar. Bu qələbə digər oyunlara əsla təsir etməməlidi. Fasilədə daha çox çalşmalıyıq. Futbolçu kimi bu cür qələbələr hiss etmişdim. Əlbəttə, baş məşqçi kimi də bunu hiss etmək xoş idi. Ardıcıllığın olması vacib lazımdı. Bunun üçün biz məşqçilər üzərimizdə çox çalışmalıyıq”.


Xəbər xətti