Con Delarj: "Artıq "Şerif"lə oyuna köklənməkiyik"

02:36 27 Avqust 2018

Topaz Premyer Liqasının 3-cü turunda “Qarabağ” “Neftçi”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra” “Qarabağ”ın futbolçusu Con Delarj jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:

 

- Yaxşı oyun alındı. Daha gözəl nəticə əldə edə bilərdik. Davam etməliyik. Növbəti oyunlara hazırlaşacağıq.

 

- Bu oyunla Türkiyədəki derbiləri necə müqayisə edərdin?

- Müqayisə etmək istəməzdim. Bunu sevmirəm. Azərbaycanda oynayıram. Ümumilikdə yaxşı oyun oldu.

 

- Tez əvəzləndiniz. Tam hazır deyilsiniz?

- Hazır olmayan oyunçu 87 dəqiqə necə oynaya bilər? Yorulmuşdum, əvəzlənməli idim.

 

- “Şerif”lə cavab oyunu haqda nə deyə bilərsiniz?

- Çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik. Həyati önəm daşıyan matçdır. Artıq həmin oyuna köklənməkiyik

 

- Sizcə,” Neftçi” “Qarabağ”ın çempionluq mübarizəsindəki əsas rəqibi ola bilər?

- Bunu demək üçün hələ çox tezdi. Bütün komandalar yaxşıdı. Hamı qalib gəlmək istəyir


Xəbər xətti