Qoran Paratski: "Buna sakit yanaşmaq lazımdır"

10:14 27 Avqust 2018

Topaz Premyer Liqasının 3-cü turunda dünən “Qarabağ” “Neftçi”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra “Neftçi”ın futbolçusu Qoran Paratski jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:

 

- Hər iki komanda üçün yaxşı oyun alındı. Bir sıra şanslarımız oldu. Təkcə mənim iki epizodum oldu. Bu epizodlardan istifadə etməli idik. Ümumiyyətlə, çox yaxşı oynadıq və qürur durmalıyıq.

 

- Demək olarmı, siz iki xal itirdiniz?

- Rəqibdən daha yaxşı oynadıq. Ən azı bir qol da vurmalı idik. Sizinlə razılaşıram.

 

- İki dəfə əla fürsətdən sonra fərqlənə bilmədin…

- Sadəcə ani epizodlardı. Buna sakit yanaşmaq lazımdır. Bu gün alınmadı, növbəti oyunlarda belə epizodlardan istifadə edəcəm.

 

- “Neftçi”də keçmiş klubunuzdan fərqli olaraq hücumammeyli mövqedəsin. Bu səndə narahatlıq yaratmır?

- Mənim üçün problem deyil. Rahat oynaya bilirəm. Əvvəlki komandada dayaq yarımmüdafiəçisi oynayırdım, çünki orada məndən başqa oyunçu yox idi. Amma daha çox hücumda oynamağı sevirəm.

 

- "Qarabağ"ın əsas oyunçularından bəziləri oynamırdı. Nə düşünürsüz, bu komanda ilə çempion ola bilərsiz?

- Əlbəttə, biz bu gün (dünən) onu göstərdik. Heyətin önəmi yoxdu.” Qarabağ” güclü komandadı. Bizə qarşı olan heyət ikinci heyət deyil. Çünki onlar avrokuboklarda da oynayıb.

 

- 3 həftəlik asilə sizə necə təsir edəcək?

- Düşünmürəm ki, mənfi təsir etsin. Bəlkə də, xeyrimizə olacaq. Çatışmayan cəhətlərimizi daha da yaxşılaşdıracağıq. Növbəti matçlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq.


Digər xəbərlər

Xəbər xətti