Miçel "Şerif"lə oyunu buraxacaq? - Qurban Qurbanov açıqladı

10:30 27 Avqust 2018

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəyi cavab oyunu öncəsi ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Miçel Madera sıradan çıxıb. İspaniyalı futbolçu Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyuna hazırlıq zamanı zədələnib. Bu barədə matçdan sonra komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. Onun sözlərinə görə, Miçel ən azı 15 gün komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma 21:00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyunda Moldova klubu qalib gəlib - 1:0.


Digər xəbərlər

Xəbər xətti