Kvame Karikari: “Neftçi”də qol hesabımı açdığım üçün şadam"

11:03 27 Avqust 2018

“Neftçi”nin hücumçusu Kvame Karikari Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində qarşılaşdıqları “Qarabağ”la oyun (1:1) haqda fikirləribi bildirib.

 

Sportarena.az xəbər verir ki, qanalı futbolçu klubun rəsmi saytına açıqlamasında komandanın heyətində ilk dəfə qol vurduğu üçün sevincini gizlətməyib:

 

“Neftçi”nin heyətində qol hesabımı açdığım üçün çox şadam. Digər tərəfdən məyusam ki, çoxlu qol şanslarından istifadə edə bilmədik. Xüsusilə mən bir neçə dəfə ikinci qolu vurmağa yaxın oldum. Çox güclü rəqiblə oyunda qələbə qazanmağa biz daha yaxın idik. Növbəti matçlarda oyunumuzu daha da yaxşılaşdırıb, xal ehtiyatımızı artırmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti