"Beşiktaş" onun transferini rəsmən açıqladı

15:23 27 Avqust 2018

Türkiyənin “Beşiktaş” klubu “Liverpul”dan icarəyə götürdüyü Loris Karius transferini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən axşam Türkiyəyə gələn qapıçı İstanbulda tibbi müayinədən keçib. Almaniyalı qolkiperlə 2 illik icarə müqaviləsi imzalanıb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək. “Beşiktaş” Kariusun iki illik icarəsi üçün “Liverpul”a 2,5 milyon avro ödəyəcək. Kariusun transfer hüququnu almaq üçün isə əlavə 8 milyon avro təzminat ödəmək lazım gələcək.

 

Peşəkar karyerasına 2005-ci ildə “Ştutqart”da başlayan Karius, daha sonra “Mançester Siti”yə transfer olunub. 2011-2016-cı illər aralığında “Maynts”da çıxış edən qapıçı 2016-cı ildən “Liverpul”un şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti