"Şerif"in baş məşqçisi: "Səfərdə bizə çətin olacağını bilirik"

16:32 27 Avqust 2018

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan "Şerif"in baş məşqçisi Qoran Sabliç Moldova çempionatının son turunda "Dinamo-Avto"na 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis ilk oyunda “Qarabağ” üzərində qazandıqları 1:0 hesablı qələbə ilə qrup mərhələsinə çıxa biləcəklərinə inandığını deyib:

 

"Qarabağ"la oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq. Tiraspolda yaxşı nəticə qazanmışıq. Səfərdə bizə çətin olacağını bilirik. Amma komandamızın fiziki və mənəvi durumunun yaxşı olacağına inanıram. Son vaxtlar çox oynayan futbolçular çempionat matçında istirahət etdilər. "Qarabağ"la cavab görüşü ərəfəsində belə addım vacibdir. Bu andan etibarən qarşıdakı oyuna hazırlaşacağıq".

 

“Qarabağ” - “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

“Qarabağ” Moldovada keçirilmiş ilk oyunda 0:1 hesabıyla məğlub olub.


Xəbər xətti