3-cü turun oyunlarını nə qədər azarkeş izlədi?

16:46 27 Avqust 2018

Azərbaycan Premyer Liqasının 3-cü turunda qeydə alınan azarkeş sayı məlum olub.

 

Sportarena.az xəbər verir ki, turun Qəbələdə keçirilən ilk oyununu - "Qəbələ" - "Sumqayıt" matçını stadiondan 300 nəfər izləyib. "Dalğa Arena"dakı "Zirə" - "Sabah" oyununda 150, "Keşlə" - "Səbail" qarşılaşmasında isə 1000 azarkeş qeydə alınıb. Turun mərkəzi qarşılaşması olan "Qarabağ" - "Neftçi" görüşünü isə 3 min azarkeş stadiondan izləyib.

 

Ümumilikdə, 3-cü turda 4450 azarkeş qeydə alınıb. Bu isə hər oyuna 1112,5 azarkeş deməkdir. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidir.


Digər xəbərlər

Xəbər xətti