"Zirə"nin 10-cu ev məğlubiyyəti

17:01 27 Avqust 2018

Topaz Premyer Liqasının 3-cü turunda “Sabah”ı qəbul edən “Zirə” uğursuz yubileylə üzləşib. 

 

Sportarena.az xəbər verir ki, qəsəbə klubu ev oyunlarında 10-cu məğlubiyyətini alıb. 0:2 hesabı ilə uduzan zirəlilər Premyer Liqada keçirdiyi 48-ci ev matçında 10-cu dəfə xalsız qalıb.

 

Paytaxt klubu bu müddətdə 25 qələbə qazanıb və 13 heç-heçə edib. Yüksək dəstədə 4-cü mövsümünü keçirən komanda öz meydanında 65 qol vurub, 49-nu buraxıb.


Xəbər xətti