“Neftçi”dən son 4 ilin ən uğurlu startı

10:31 28 Avqust 2018

Topaz Premyer Liqasının ilk 3 turunda hesabına 7 xal yazdıran “Neftçi” son 4 il ərzində çempionata ən uğurlu start verib.

 

Sportarena.az xəbər verir ki, 2014/2015 mövsümünə 9 xalla başlayan komanda 2015/2016 mövsümünün ilk üç oyununda 4, 2016/2017-də 3 xal toplayıb. 2017/2018-in ilk üç matçında isə ümumiyyətlə xal qazanmayıb.

 

Qeyd edək ki, bu mövsüm "Sumqayıt” (2:0), "Qələbə” (2:1) və "Qarabağ” (1:1) ilə qarşılaşan "Neftçi” hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.


Xəbər xətti