“Neftçi”də fasilə başa çatdı

23:56 28 Avqust 2018

“Neftçi” məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, Topaz Premyer Liqasının 3-cü turunda "Qarabağ”la "Azərsun Arena”da keçirilən oyundan (1:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün doğma bazasında məşq edib.

 

Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycanın əsas və U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün 4-cü tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti